Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatı

25 oktyabr 2017-ci il
 
Qabaqcadan əlbir olan bir qrup şəxsin partlayıcı maddələr əldə edib dini ekstremizm zəminində Azərbaycan Respublikası ərazisində terror aktları planlaşdırdıqları barədə Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş, qeydə alınan fəaliyyətləri təxirəsalınmaz tədbirlərin görülməsini zəruri etmişdir.

Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxs Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində “Abdullah” ləqəbli Azərbaycan Respublikasının vətəndaşı Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlunun yaşadığı evdə toplaşaraq sonuncunu qeyd olunan cinayətkar birliyin tərkibində özlərindən ibarət dəstənin “əmir”i seçmişlər.
Həmin şəxslər ardıcıl terror aktları törətmək məqsədi ilə əldə etdikləri maddə və ləvazimatlarla kustar üsulla partlayıcı-yandırıcı predmetlər hazırlamış, 2017-ci il oktyabrın 22-də Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində seçdikləri məkanda sınaqdan keçirmişlər. Həmin şəxslərin əməliyyat-texniki yolla ətraflı qeydə alınmış görüşlərində onlar ölkədə sabitliyi və təhlükəsizliyi pozmaq, ictimai-siyasi qarışıqlıq yaratmaq məqsədilə 2017-ci il oktyabrın 28-də Bakı şəhərində keçiriləcək mitinqdə terror aktı törətmək barədə razılığa gəlmişlər.
Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılmış şəxslərin saxlanılması üçün 2017-ci il  oktyabrın 25-də kompleks əməliyyat tədbirləri keçirilmişdir.
Xırdalan şəhəri ərazisində həyata keçirilən əməliyyat zamanı cinayətkar dəstənin üzvləri Azərbaycan Respublikasının vətəndaşları Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlu, “Əbu-Yunis” ləqəbli Məsimli Anar Mehman oğlu, “Əbu-Vakkaz” ləqəbli Hüseynli Cavid Hüseyn oğlu odlu silahlardan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla məhv edilmişlər.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

* * * * *

Отдел по общественным связям
СООБЩЕНИЕ

Поступившая в Службу государственной безопасности информация о том, что группа лиц, войдя в предварительный сговор, планировала совершить на почве религиозного экстремизма террористические акты на территории Азербайджанской Республики с использованием взрывчатых веществ, подтвердилась в результате проведенного расследования, их зафиксированная деятельность вызвала необходимость принятия безотлагательных мер.
Было установлено, что группа лиц, оказавшись в подчинении функционирующей за пределами Азербайджанской Республики религиозной экстремистской террористической организации, собравшись в доме гражданина Азербайджанской Республики Алекберова Бахтияра Мамедсадыг оглу по кличке «Абдуллах» в поселке Локбатан Гарадагского района города Баку, избрали последнего «эмиром» своего отряда в составе упомянутого преступного объединения.
Данные лица с помощью веществ и принадлежностей, приобретенных в целях совершения серии террористических актов, изготовили кустарным методом взрывчатые и зажигательные предметы и испытали их 22 октября 2017 года на территории поселка Локбатан Гарадагского района города Баку. На встречах данных лиц, детально зафиксированных оперативно-техническим путем, они в целях нарушения стабильности и безопасности в стране, создания общественно-политических беспорядков договорились совершить террористический акт на предстоящем 28 октября 2017 года митинге в Баку. 25 октября 2017 года были проведены комплексные оперативные мероприятия для задержания лиц, в отношении которых было вынесено решение о привлечении в качестве обвиняемого лица по возбужденному в Службе государственной безопасности уголовному делу.
В ходе операции, проведенной на территории города Хырдалан, члены преступной группы граждане Азербайджанской Республики Алекберов Бахтияр Мамедсадыг оглу, Масимли Анар Мехман оглу по кличке «Абу-Юнис», Гусейнли Джавид Гусейн оглу по кличке «Абу-Вакказ» оказали совместное сопротивление с использованием огнестрельного оружия, вследствие чего в установленном законодательством порядке в качестве ответной меры были уничтожены специальной оперативной группой с использованием служебного оружия.