Azərbaycan Respublikasının iştirakçısı olduğu bəzi beynəlxalq müqavilələr

Birləşmiş Millətlər Təşkilatı çərçivəsində terrorçuluğa qarşı mübarizə üzrə Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələr

1. «Hava  gəmilərinin  göyərtəsində  törədilən  cinayətlər və digər aktlar haqqında» 14 sentyabr 1963-cü il tarixli Konvensiya, (Azərbaycan Respublikasının Qanunu, 09.12.2003, 546-IIQ);
2. «Hava gəmilərinin  qanunsuz  ələ  keçirilməsinə  qarşı  mübarizə  haqqında»  16 dekabr 1970-ci il tarixli Konvensiya, (Azərbaycan Respublikasının Qanunu, 09.11.1999, 744-IIQ);
3. «Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilmiş qanunsuz aktlarla mübarizə haqqında» 23 sentyabr 1971-ci il tarixli Konvensiya, (Azərbaycan Respublikasının Qanunu, 09.11.1999, 740-IQ);
4. «Beynəlxalq müdafiədən istifadə edən şəxslərin, o cümlədən diplomatik agentlərin təhlükəsizliyi əleyhinə cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında» 14 dekabr 1973-cü il tarixli Konvensiya, (Azərbaycan Respublikasının Qanunu, 02.02.2001, 61-IIQ);
5. «Adamların girov götürülməsi ilə mübarizə haqqında» 17 dekabr 1979-cu il tarixli beynəlxalq Konvensiya, (Azərbaycan Respublikasının Qanunu, 09.11.99, 743-IQ);       
6. «Nüvə materialının fiziki qorunması haqqında» 03 mart 1980-ci il tarixli Kon­vensiya, (Azərbaycan Respublikasının Qanunu, 09.12.2003, 547-IIQ);
7. «Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəlmiş qanunsuz aktlarla mübarizə haqqında» Konvensiyanı tamamlayan «Beynəlxalq mülki aviasiyaya xidmət göstərən aeroportlarda qanunsuz zorakılıq aktları ilə mübarizə haqqında» 24 fevral 1988-ci il tarixli Protokol, (Azərbaycan Respublikasının Qanunu, 09.11.1999, 741-IQ);
8. «Dəniz gəmiçiliyinin təhlükəsizliyinə qarşı yönəlmiş qanunsuz aktlarla mübarizə haqqında» 10 mart 1988-ci il tarixli Konvensiya, (Azərbaycan Respublikasının Qanunu, 09.12.2003, 548-IIQ);
9. «Kontinental şelfdə yerləşən stasionar platformaların təhlükəsizliyinə qarşı yönəlmiş qanunsuz aktlarla mübarizə haqqında» 10 mart 1988-ci il tarixli Protokol, (Azərbaycan Respublikasının Qanunu, 09.12.2003, 549-IIQ);
10. «Plastik partlayıcı maddələrin aşkar edilməsi məqsədilə markalanması haqqında» 01 mart 1991-ci il tarixli Konvensiya, (Azərbaycan Respublikasının Qanunu, 09.11.1999, 746-IQ);
11. «Bomba terrorçuluğu ilə mübarizə haqqında» 15 dekabr 1997-ci il tarixli Beynəlxalq Konvensiya, (Azərbaycan Respublikasının Qanunu, 02.02.2001, 60-IIQ);
12. «Terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə haqqında» 09 dekabr 1999-cu il tarixli Konvensiya, (Azərbaycan Respublikasının Qanunu, 01.10.2001, 174-IIQ) ;
13. «Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında» 13 aprel 2005-ci il tarixli Konvensiya, (Azərbaycan Respublikasının Qanunu, 02.12.2008, 725-IIIQ).

* * *

Müstəqil Dövlətlər Birliyi çərçivəsində terrorçuluğa qarşı mübarizə üzrə  Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələr

1. Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığı haqqında Saziş (25.11.1998);
2. Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin terrorçuluğa qarşı mübarizədə əməkdaşlığı haqqında Müqavilə (04.06.1999);
3. Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin kompüter informasiyası sahəsində cinayətlərə qarşı mübarizədə əməkdaşlığı haqqında Saziş (01.06.2001);
4. Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazilərində birgə antiterror tədbirlərinin təşkili və keçirilməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsinə dair Protokol (07.10.2002).
5. Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında Saziş (28.11.2006)
6. Cinayətkarlıqla mübarizə sahəsində məlumat mübadiləsi haqqında Saziş (22.05.2009).

* * *

Avropa Şurası çərçivəsində terrorçuluğa qarşı mübarizə üzrə  Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələr

1. «Terrorizmin qarşısının alınması haqqında» Avropa Konvensiyasının təsdiq edilməsi barədə 5 dekabr 2003-cü il tarixli 530-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu.
2. «Terrorizmin qarşısının alınması haqqında» Avropa Konvensiyasına dəyişikliklər və əlavələr edilməsi barədə» Protokolun təsdiq edilməsi haqqında 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu.
3. «Ekstradisiya haqqında» Avropa Konvensiyasının və onun Əlavə Protokollarının təsdiq edilməsi barədə 17 may 2002-ci il tarixli 323-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu.
4. «Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında» Avropa Konvensiyasının və ona əlavə protokolun təsdiq edilməsi barədə 1 mart 2003-cü il tarixli 421-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu.
5. «Zorakı cinayətlərin qurbanlarına vurulmuş ziyanın ödənilməsi haqqında» Avropa Konvensiyasına qoşulmaq barədə 17 mart 2000-ci il tarixli 836-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu.
6. «Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında» Konvensiyanın təsdiq edilməsi barədə 1 mart 2003-cü il tarixli 420-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu.
7. «Kibercinayətkarlıq haqqında» Konvensiyanın təsdiq edilməsi barədə 30 sentyabr 2009-cu il tarixli 874-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu.
8. Avropa Şurasının «Terrorçuluğun qarşısının alınması haqqında» Konvensiyasının təsdiq edilməsi barədə 3 fevral 2014-cü il tarixli 891-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu.