Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamları

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı əməkdaşlarına general-mayor ali hərbi rütbəsi verilsin:
polkovnik Rauf Rafiq oğlu Xələfova
polkovnik İlqar Əli oğlu Musayevə
polkovnik Sahib Novruz oğlu Nağıyevə
polkovnik Asif Mustafa oğlu Rüstəmova.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 mart 2017-ci il.

****

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:

Rzayev Ceyhun Fərzalı oğlu - general-mayor

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:

Ələkbərov Fazil Nəriman oğlu - general-mayor
Fərzəliyev Sultan Cavanşir oğlu - polkovnik
Usubov Mütəllim Məhiş oğlu – polkovnik

“Vətən uğrunda” medalı ilə:

Ağayev Ramil Ağami oğlu - mayor
Cəfərov Şəhruz Cəlaləddin oğlu - kapitan
Səfərov Fuad Vaqif oğlu - polkovnik
Süleymanov Elşən Müzəffər oğlu – mayor

“İgidliyə görə” medalı ilə:

Əlizadə Xəqani Sücayət oğlu - kiçik çavuş
Fərzəliyev Muradxan Arif oğlu - kapitan
Rəsulov Ramin Qabil oğlu - mayor
Yusifzadə Emin Elxan oğlu – kapitan

“Hərbi xidmətlərə görə” medalı ilə:

Bağırov Elnur Bəxtiyar oğlu - mayor
Bayramlı Elbrus Binəli oğlu - ədliyyə polkovnik-leytenantı
Həmzəyev Rəşad Firidun oğlu - polkovnik
Qasımov Səbuhi Vaqif oğlu - mayor
Məmmədov Madar İbrahim oğlu - kapitan
Məsimov Nazim Abbas oğlu – kapitan
Musayev Mehman Fikrət oğlu - polkovnik
Paşayev Elnur Elman oğlu - kapitan.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 mart 2017-ci il.