DTX-nin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin əziz xatirəsini yad ediblər

06 may 2017-ci il

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev və əməkdaşları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibəti ilə Fəxri xiyabana gələrək, Azərbaycan təhlükəsizlik orqanlarının əzəli fəxri rəhbəri, bu orqanlarda milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.