DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər

07 may 2017-ci il

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə “Heydər zirvəsi”nə yürüş ediblər.

Dövlət Təhlükəsizliyi Xidmətinin yürüş iştirakçıları olan əməkdaşları əvvəlcə Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad ediblər və məzarı önünə gül dəstələri düzüblər.

Sonra Bakı şəhərindən Azərbaycanın dahi şəxsiyyəti Heydər Əliyevin adını daşıyan, Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən və hündürlüyü 3751 metr olan “Heydər zirvəsi”nə yürüşə başlanılıb.

Yürüş Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam edib, ərazidə düşərgə salınıb.

Qeyri-sabit və qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, yürüş iştirakçıları tam heyətdə mayın 6-da “Heydər zirvəsi”nə qalxaraq Ulu Öndərin əziz xatirəsini yad ediblər və Azərbaycanın Dövlət Bayrağını ucaldıblar.