Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatı

30 dekabr 2017-ci il

Azərbaycan Respublikasından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkə banklarının kompyuter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilməsi, pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla ümumilikdə 3.000.000 (üç milyon) manatdan artıq vəsaitin oğurlanması faktı üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində başlanılan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.
Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri ilə aparılan cinayət işi üzrə ifşa edilmiş beynəlxalq kibercinayətkar qrupun üzvü, xarici ölkə vətəndaşı Petroviçi Sergey Aksentiyeviç beynəlxalq axtarış üzrə məhkəmə prosesləri nəticəsində saxlanılaraq 2017-ci il dekabrın 30-da Azərbaycan Respublikasına ekstradisiya edilmişdir.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Kommersiya banklarına qarşı analoji kiberhücumların baş verdiyi tərəfdaş dövlətlərin hüquq mühafizə orqanlarına müəyyən edilən faktlarla bağlı zəruri hüquqi yardım göstərilir.