Ekoloji veloyürüş keçirilib

07 oktyabr 2018-ci il

12:00

İstilik effekti yaradan qazların azaldılmasına töhfə verən və avtomobilsiz istirahət günü ənənəsini təbliğ edən veloyürüş başa çatıb

“Az avtomobil çox həyat” devzi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Dövlət Təhlükəsizlik Xidmətinin, İDEA İctimai Birliyinin, BMT-nin Azərbaycandakı nümayəndəliyinin, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin və  “İsma bike”-ın iştirakı ilə 07 oktyabr 2018-ci il tarixində veloyürüş keçirilib.
Avtomobilsiz istirahət günü ənənəsini təbliğ edən veloyürüş Azneft meydanından start götürüb və Heydər Əliyev Mərkəzinədək davam edib. Veloyürüşə 200 nəfərdən artıq  iştirakçı qoşulub.
Aksiyanın sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən iştirakçılara diplom və təşəkkürnamələr verilib.
Veloyürüşün keçirilməsində məqsəd İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına dair Paris Razılaşmasından irəli gələn öhdəliyin (2030-cu ilə qədər CO2 miqdarının 35 faizə qədər azalma) yerinə yetirilməsinə həm dövlət təşkilatları, həm də özəl sektorun diqqətini cəlb etmək, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir.