Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatı

04 noyabr 2018-ci il

13:50

Radikal dini ekstremist qrupun üzvləri Ələkbərov Famil Fazil oğlu və Rzayev Rüstəm Rafael oğlunun silah-sursat və partlayıcı maddələr əldə etmələri, ölkə ərazisində terror aktı planlaşdırdıqları barədə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təxirəsalınmaz tədbirlər keçirilmişdir.
2018-ci il noyabrın 4-də Gəncə şəhərində tərkisilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı Rüstəm Rzayevin və Famil Ələkbərovun olduğu və sonuncunun idarə etdiyi avtomobil saxlanılmışdır. Lakin həmin şəxslər odlu silahdan atəş açıb silahlı müqavimət göstərmişlər. DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq Famil Ələkbərov və Rüstəm Rzayev məhv edilmişlər.
Hadisə yerindən 1 ədəd “Kalaşnikov” avtomatı, həmin silaha aid sursat, 1 ədəd “F1” əl qumbarası, Famil Ələkbərova məxsus avtomobilə baxış zamanı partlayıcı maddə olan 3 ədəd 200 qramlıq trotil şaşkası və onları işə salmaq üçün 3 ədəd elektrodetonator aşkar edilərək maddi sübut kimi götürülmüşdür.
Faktla bağlı cinayət işi başlanılmış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

****

Отдел по общественным связям
СООБЩЕНИЕ

После проведенных расследований была подтверждена информация о том, что члены радикальной религиозно-экстремистской группировки Алекперов Фамиль Фазиль оглу и Рзаев Рустам Рафаэль оглу приобрели боеприпасы и взрывчатые вещества и планируют совершить террористические акты на территории страны, Службой государственной безопасности были проведены неотложные оперативные меропрития.
4 ноября в ходе операции по обезоруживанию террористов и привлечению их к уголовной ответственности в Гяндже был остановлен автомобиль, в котором находились Рустам Рзаев и Фамиль Алекперов. Автомобилем управлял последний. Однако эти лица открыли стрельбу из огнестрельного оружия и оказали вооруженное сопротивление. В результате ответных мер Фамиль Алекперов и Рустам Рзаев были уничтожены специальной оперативной группой СГБ.
На месте происшествия были обнаружены и изъяты как материальные доказательства один автомат «Калашникова», боеприпасы, относящиеся к нему, ручная граната F1, во время осмотра автомобиля Фамиля Алекперова были обнаружены три тротиловые шашки, весом 200 грамм каждая, и три электродетонатора для из запуска.
По факту возбуждено уголовное дело, продолжаются оперативно-следственные мероприятия.