17:50
Ölkə ərazisində terror təhlükəsinin olması ilə bağlı
məlumatlar əsassızdır
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəsmi internet səhifəsində ABŞ vətəndaşlarına Azərbaycanda
“COVİD-19” koronavirus infeksiyası və yüksək terror təhlükəsi riski ilə
əlaqədar məlumat verilmiş, onlara ciddi zərurət olmadığı təqdirdə ölkəmizə səyahət
etməmələri tövsiyə olunmuşdur. Qeyd olunan məlumat sosial media resurslarının Azərbaycan
seqmentində yayılmışdır.
Bununla əlaqədar bəyan edirik ki, Azərbaycan Respublikasının
ərazisində terror təhlükəsinin olması ilə bağlı verilən bu kimi məlumatlar
həqiqəti əks etdirmir və tamamilə əsassızdır.
Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hüquq
mühafizə və təhlükəsizlik siyasəti nəticəsində ölkəmizdə yaradılmış dayanıqlı
sabitlik və əmin-amanlıq vətəndaşlarımızın, həmçinin Azərbaycana gələn əcnəbilərin
təhlükəsizlik şəraitində yaşamasına təminat verir. Hazırda ölkəmizə səyahət
etmək istəyən şəxslər üçün hər hansı
terror təhlükəsi riski mövcud deyildir.