10:15
Avropa İttifaqının təşəbbüsü ilə daha 10 erməni qarşı tərəfə təhvil verilmişdir
Avropa İttifaqı Şurasının Prezidenti Şarl
Mişelin təşəbbüsü ilə 14 dekabr 2021-ci il tarixində Brüsseldə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan
Respublikasının baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünün, habelə Azərbaycan
Respublikası Prezidenti ilə Avropa İttifaqı
Şurasının Prezidenti arasında keçirilmiş ikitərəfli görüşün nəticəsi olaraq,
humanizm prinsiplərinə sadiqliyinin təzahürü kimi Azərbaycan Respublikası 19 dekabr 2021-ci ildə 10
nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan
tərəfinə təhvil vermişdir. Təhvil
verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən
dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən
saxlanılmışlar.
Humanizm prinsiplərinə daim sadiqliyini nümayiş etdirən Azərbaycanın 4 dekabr 2021-ci il tarixində qarşı tərəfə təhvil verdiyi 10 nəfər erməni əsilli hərbi qulluqçudan Ermənistan tərəfi sonradan dördünü həbs etmiş, altısına qarşı isə ittiham irəli sürmüşdür.