18:25
Xarici ölkələrdə qanunsuz silahlı birləşmələrə qoşulan şəxslər məsuliyyətə cəlb edilmişlər
Dövlət
Təhlükəsizliyi Xidmətində (DTX) ölkə hüdudlarından kənarda qanunsuz silahlı
birləşmələrin fəaliyyətində iştirak edən şəxslərlə bağlı əməliyyat-istintaq
tədbirləri davam etdirilir.
DTX
tərəfindən aparılmış araşdırmalar nəticəsində Azərbaycan Respublikasının
vətəndaşları - 1976-cı il təvəllüdlü Hüseynov Seymur Əliş oğlunun və 1970-ci il
təvəllüdlü Novruzbəyov Elxan Əmənulla oğlunun ölkəni tərk edib əvvəlcə İran
İslam Respublikasının Tehran şəhərinə, oradan isə qanunsuz silahlı
birləşmələrin tərkibinə daxil olmaq üçün qeyri-leqal yolla digər xarici dövlətlərin
ərazisinə keçərək cinayətkar dəstələrə qoşulmaqla onların tərkibində döyüş
təlimlərində və silahlı münaqişələrdə iştirakına dair əsaslı şübhələr müəyyən
edilmişdir.
İstintaq
müddətində məlum olmuşdur ki, S.Hüseynov “Abuzər” ləqəbli şəxsin, E.Novruzbəyov
isə Qasımov Vüsal Qəzənfəroviçin rəhbərlik etdiyi, qanunvericiliklə nəzərdə
tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olmuşlar.
Faktla
bağlı DTX-də istintaqı aparılan cinayət işi üzrə hər iki şəxs Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından
kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində
iştirak etmə) maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmuşdur.
Hazırda
cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.