10:40
DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət etmişlər
Dövlət
Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin rəhbər
heyəti 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına
gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə
canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etmiş,
onların üzərinə tər qərənfillər düzmüş, şəhidlərimizin unudulmaz və müqəddəs xatirəsini
dərin hüznlə yad etmişlər.
Sonra Xidmətin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil
qoyulmuşdur.
Şəhidlər
xiyabanında dəfn edilmiş təhlükəsizlik orqanları əməkdaşlarının da əziz
xatirəsi ehtiramla anılmış, məzarları üzərinə gül dəstələri düzülmüşdür.