11:40
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Novruz
bayramı münasibətilə tam yeni ssenari əsasında
hazırlanan “Novbahar” adlı uşaq tamaşası nümayiş etdirilmişdir. DTX-nin əməkdaşlarının və Vətən müharibəsi şəhidlərinin azyaşlı övladları üçün təşkil olunmuş bu musiqili
tamaşada peşəkar aktyorlarla yanaşı, Mədəniyyət Mərkəzində fəaliyyət göstərən
“Vətən” teatr studiyasının nümayəndələri də çıxış etmişlər.
Tamaşa uşaqlar tərəfindən böyük maraqla qarşılanmış və
onlara xoş təəssürat bağışlamışdır.