14:05
DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil
etmişlər
Ümummilli
Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi
Xidmətinin bir qrup əməkdaşı Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra
dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751
metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş təşkil etmişdir.
Yürüş
iştirakçıları Qızıl Qaya massivinin ətəklərində düşərgə salaraq, tam heyətdə müəyyən
olunmuş marşrut üzrə “Heydər zirvəsi”nə qalxmışlar. Ümummilli Liderin barelyefi
önündə onun əziz xatirəsini dərin ehtiramla yad edən heyət orada Azərbaycan
Respublikasının Dövlət Bayrağını ucaltmışdır.