11:35
DTX
əməkdaşları Ulu Öndərin məzarını ziyarət etmişlər
Azərbaycan xalqının
ümummilli lideri, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, mənalı
və şərəfli ömrünün 25 ilini həsr etdiyi bu orqanlarda milliləşmə prosesinin
banisi, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə
bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin
şəxsi heyəti Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla
yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq-alim,
akademik Zərifə Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.