Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı

rehberlik
Rəsmi məlumat 14 Sentyabr 2022

16:00

Azərbaycan Ermənistan hərbçilərinin cəsədlərini qarşı tərəfə təhvil verməyə hazırdır

Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari ilin 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir.

Bununla əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi də məlumatlandırılmışdır.

Digər xəbərlər