19:40
DTX-nin
Mədəniyyət Mərkəzində Anım Günü ilə bağlı tədbir keçirilmişdir
27 Sentyabr - Anım
Günü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Bakı
Bələdiyyə Teatrının əməkdar artist, rejissor Bəhruz Vaqifoğlunun “Sən
qayıdacaqsan” adlı pyesi əsasında hazırladığı eyniadlı tamaşa nümayiş
olunmuşdur. Tarix boyu Azərbaycan xalqına qarşı xüsusi amansızlıq və
qəddarlıqla törədilən kütləvi qırğınlardan, müharibələrdə yaxınlarını itirən
insanların acı taleyindən bəhs edən tamaşada Vətən müharibəsi iştirakçıları, DTX-nin
əməkdaşları və Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, DTX-nin Heydər
Əliyev adına Akademiyasının kursantları və hərbi hissəsinin əsgərləri iştirak
etmişlər.
Səhnə əsəri tamaşaçılar
tərəfindən böyük maraqla qarşılanmışdır.