Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatı

rehberlik
Tədbirlər 05 Noyabr 2022

21:15

DTX-nin Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı tədbir keçirilmişdir

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilmişdir. Vətən müharibəsi iştirakçılarının, DTX-nin əməkdaşlarının, Xidmətin Heydər Əliyev adına Akademiyasının kursantlarının və DTX-nin hərbi hissəsinin əsgərlərinin iştirak etdiyi tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında vətənpərvərlik mövzusunda hazırlanmış mədəni proqram təqdim olunmuşdur.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və coşqu ilə qarşılanmışdır.

 

Digər xəbərlər