17:30
13 erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilmişdir
2022-ci
ilin 12-13 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində baş vermiş hərbi
əməliyyatlar zamanı həlak olmuş erməni hərbi qulluqçularına aid meyitlərin
axtarışı prosesi davam etdirilmişdir.
Ərazidə
aparılmış axtarış tədbirləri nəticəsində aşkar olunmuş Ermənistan hərbçilərinə məxsus
13 cəsəd cari ilin noyabrın 28-də Azərbaycan Respublikasının Hərbi
Prokurorluğunun əməkdaşlarının iştirakı ilə baxış keçirildikdən və onların üzərində
hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra beynəlxalq
humanitar hüquq normalarına uyğun qaydada Beynəlxalq Qızıl Xaç Komitəsinin
vasitəçiliyi ilə qarşı tərəfə təhvil verilmişdir.