Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatı

rehberlik
Tədbirlər 12 Dekabr 2022

13:20

DTX-nin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin xatirəsini yad etmişlər

Müasir Azərbaycanın banisi və qurucusu, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək dahi şəxsiyyətin məzarını ziyarət etmiş, əziz xatirəsini dərin ehtiramla anaraq məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.