09:00
Terrorçuluğun
maliyyələşdirilməsi cinayətini törədənlər ifşa edilmişdir
Dövlət
Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində
Azərbaycan Respublikasının vətəndaşı Salahov Mircavad Seyidağa oğlu “İŞİD”
terror təşkilatının üzvü kimi terrorçuluğun maliyyələşdirilməsi cinayət əməllərini
törətməkdə şübhəli bilinərək saxlanılmışdır.
Müəyyən
edilmişdir ki, Mircavad Salahov Suriya Ərəb Respublikasının Raqqa şəhərində
“İŞİD” terror təşkilatının sıralarına qoşularaq xüsusi təlim düşərgəsinə göndərilmiş, döyüş təlimlərində
iştirak etməklə odlu silahdan istifadə qaydalarına yiyələnmişdir. Daha sonra o,
“İŞİD” terror təşkilatında mühasib kimi fəaliyyətə
başlamış, bu müddət ərzində silahlı münaqişələrdə iştirak edən
həmin terror təşkilatının üzvlərinə və onların ailələrinə aylıq pul vəsaitləri və ərzaq təminatının
verilməsi, silahlı münaqişələr zamanı yaralanmış bu təşkilatın üzvlərinə və həlak
olmuş şəxslərin ailələrinə maddi yardımların ayrılması işinin təşkili istiqamətində
fəaliyyət göstərmiş, cinayət məsuliyyətindən yayınmaq məqsədilə bir müddət digər
ölkələrdə gizlənmişdir.
Həmçinin müəyyən edilmişdir ki, Salahov Mircavad
Seyidağa oğlu “İŞİD” terror təşkilatına qardaşı Salahov Mircəlal
Seyidağa oğlu tərəfindən cəlb olunmuşdur. Mircəlal Salahov sözügedən terror təşkilatının
Suriya Ərəb Respublikasında apardığı hərbi əməliyyatlarda iştirak edərək
yaralanmışdır.
Cinayət
işi üzrə Mircavad Salahov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci
(terrorçuluğu maliyyələşdirmə) və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə
iştirak etmə), Mircəlal Salahov Cinayət Məcəlləsinin
283-1.1 və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrə cəlb etmə və belə
silahlı münaqişələrdə iştirak etmə) maddələri
ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilərək barələrində
həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda
kompleks istintaq-əməliyyat tədbirləri davam edir.