19:00
Terror aktının törədiləcəyi barədə
bilə-bilə yalan məlumat yayan şəxs müəyyən olunaraq saxlanılmışdır
Sosial şəbəkələrdə Bakı
Metropolitenində terror aktının törədiləcəyi ilə bağlı yayılmış və vətəndaşlar
arasında ciddi narahatlığa səbəb olmuş səs yazısı barədə dərhal Dövlət
Təhlükəsizliyi Xidməti tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri həyata
keçirilmişdir.
Faktla bağlı başlanılmış cinayət işi üzrə aparılan ibtidai
araşdırma zamanı müvafiq səs yazısının Azərbaycan
Respublikasının vətəndaşı, 2001-ci il təvəllüdlü Butayev Fərid Fərhad oğluna
məxsus olduğu və sözügedən materialın həmin şəxs tərəfindən “WhatsApp” tətbiqi
vasitəsilə paylaşıldığı müəyyən edilmişdir.
Fərid Butayev saxlanılaraq Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 216-cı (terrorçuluq barədə
bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə
cəlb edilmişdir.
Əhali arasında vahimə yaratmaq məqsədi güdən
analoji əməllərin qanunla müəyyən olunmuş qaydada ciddi hüquqi məsuliyyət yaratdığı
barədə bir daha xəbərdarlıq edilir.