09:15
DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etmişlər
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə
Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşı Ulu Öndərin adını daşıyan,
Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz
səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə növbəti yürüş
təşkil etmişdir.
Yürüş iştirakçıları relyef və iqlim şəraitinin sərt və
mürəkkəb olmasına baxmayaraq, müəyyən olunmuş yerə vaxtında çatmış, dahi
şəxsiyyətin xatirəsini dərin ehtiramla anmışlar. Onlar Azərbaycan
Respublikasının Dövlət Bayrağını ucaldaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin
adı və emblemi olan plakatı, həmçinin işğaldan azad olunmuş ərazilərdəki təbii
yataqlardan götürülən qaya parçasından hazırlanmış və üzərində Ulu Öndər Heydər
Əliyevin anadan olmasının 100-cü ildönümünü əks etdirən xatirə daş lövhəsini
zirvəyə yerləşdirmişlər.