09:05
Xarici ölkə ərazisində qanunsuz silahlı birləşmələrə qoşulan Azərbaycan vətəndaşları həbs edilmişlər
Dövlət
Təhlükəsizliyi Xidmətində aparılmış araşdırmalar nəticəsində Azərbaycan
Respublikasının vətəndaşlarından ibarət, ölkə hüdudlarından kənarda terror
aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm
və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək
məqsədilə qeyri-leqal yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçdikdən sonra
həmin dövlətin İdlib şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlərə cəlb
olunaraq müxtəlif növ odlu silahlardan istifadə qaydalarına yiyələnmiş, “Taifatul
Mansura” adlı qanunsuz silahlı dəstənin tərkibində döyüşlərdə iştirak etmiş
sabit qrupun üzvləri müəyyən olunmuş və barələrində beynəlxalq axtarış elan
edilmişdir.
Başlanılmış
cinayət işi üzrə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə yuxarıda
qeyd olunan cinayət əməllərini törətmiş 13 nəfər Azərbaycan Respublikası
vətəndaşının - Abdullayev Şəmil Töhüd oğlu, Ağamətov Murad Əlibala oğlu,
Quliyev Murad Firudin oğlu, Rüstəmov Fərhad İsə oğlu, Sultanov Sultan İdris
oğlu, Hüseynov Nəcməddin Nəzir oğlu, Mahmudov Hikmət Sahib oğlu, Əliyev Mais
Telman oğlu, İsmayılov İsmayıl Aydın oğlu, Babayev Şəhriyar Rahim oğlu, Muradov
Hacı Arif oğlu, Baxışov Əlövsər Əlisafa oğlu və Əsədov İntiqam Şirin oğlunun xarici
ölkə ərazisində gizləndikləri yerlər müəyyənləşdirilmiş və onlar beynəlxalq axtarışa
dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində müvafiq tədbirlərlə saxlanılaraq
Azərbaycan Respublikasına gətirilmişlər.
Sözügedən
şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan
Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək
məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı
münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət
məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan
tədbiri seçilmişdir.
Hazırda
kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.