19:10
DTX-nin Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı konsert proqramı təşkil edilmişdir.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət
Mərkəzində 8 Noyabr - Zəfər Günü ilə əlaqədar mədəni proqram təqdim
olunmuşdur. Tədbirdə DTX-nin əməkdaşları, Vətən müharibəsi iştirakçıları,
DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları və hərbi hissəsinin
əsgərləri iştirak etmişlər.
Tanınmış mədəniyyət və incəsənət xadimlərinin vətənpərvərlik mövzusunda
ifaları ilə müşayiət olunan konsert tamaşaçılar tərəfindən böyük maraqla
qarşılanmışdır.