13:10
DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət etmişlər
20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və
Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini
dərin hüznlə anmış, məzarları üzərinə qərənfillər düzmüşlər.
Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti
adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.
Şəhidlər xiyabanında dəfn edilmiş təhlükəsizlik
orqanları əməkdaşlarının məzarları da ziyarət
olunmuşdur.