17:00
Sosial şəbəkələrdə dezinformasiyalar yayımlanır
Sosial
şəbəkələrin xarici seqmentində Bakı şəhərindəki bəzi məktəblərə silahlı hücum
planlaşdırıldığı ilə bağlı insanlarda həyəcan və süni ajiotaj yaratmağa yönələn
məlumatlar yayımlanmış və vətəndaşlarımız arasında narahatlığa səbəb olmuşdur.
Reallıqdan
uzaq olan analoji aksiyaların daha əvvəl saxta adlardan istifadə edilməklə
sosial şəbəkələr vasitəsilə bəzi xarici ölkələrdəki təhsil müəssisələri ilə əlaqədar
həyata keçirildiyi məlumdur.
Əməliyyat-texniki
tədbirlər zamanı sözügedən sosial şəbəkə səhifəsinin xaricdən idarə olunduğu öz
təsdiqini tapmış, xarici tərəfdaşlarla həyata keçirilmiş birgə təxirəsalınmaz tədbirlərlə
məlum sosial şəbəkə kanalını yaratmış ölkə ərazisində hər hansı təhdid doğurmaq
imkanında olmayan şəxslər və onların Azərbaycan Respublikası ilə heç bir əlaqəsinin
olmadığı müəyyən edilmişdir. Bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir.
Həmçinin
eyniadlı “Telegram” səhifəsində yerləşdirilmiş, Bakı şəhəri Nizami rayonu 229
saylı tam orta məktəbə aid fotoşəkli həmin məktəbin azyaşlı şagirdinin
12.03.2024-cü il tarixində çəkdiyi və özü tərəfindən eyni adda və məzmunda
yaradılan kanala yerləşdirildiyi müəyyən edilmiş, həmin şəxs qanuna müvafiq qaydada
istintaqa cəlb edilmişdir.
Hazırda
dünyada çoxsaylı sosial şəbəkələrin fəaliyyət göstərdiyi, onların texniki
imkanlarından hər cür dezinformasiya məqsədləri üçün istifadə mümkünlüyünün məlum
olduğu bir vaxtda ölkə ictimaiyyətini əhali arasında narahatlıq yaradılması məqsədilə
paylaşılan bu kimi qeyri-ciddi məlumatlara inanmamağa, belə aşkar əsassız məlumatları
geniş auditoriyaya yayaraq təşviş yaradanları qınamağa çağırır, bu qəbildən
olan informasiyaların aidiyyəti orqanlar ilə birgə daim ətraflı yoxlanıldığını
bildiririk.