11:25
DTX-nin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etmişlər
Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir
Azərbaycanın banisi və xilaskarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü
ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli
Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını
ziyarət etmiş, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək məzarı
önünə əklil və gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq-alim, akademik
Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri
düzülmüşdür.