12:35
Videomüşahidə kameralarının görüntülərinin ələ keçirilməsi ilə bağlı kibertəhlükəsizlik tədbirləri həyata keçirilmişdir.
Dövlət
Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kibertəhdidlərə qarşı mübarizə istiqamətində
kompleks tədbirlər davam etdirilir.
Azərbaycan Respublikasının ərazisində yerləşən müxtəlif ofislərdə və mənzillərdə
quraşdırılmış videomüşahidə kameralarının idarəetmə qurğularına (DVR) qlobal internet şəbəkəsi üzərindən
məsafədən icazəsiz qoşularaq bu mənzillərdə yaşayan sakinlərin şəxsi və ailə həyatının sirrini təşkil edən məlumatları əks etdirən videomaterialları ələ
keçirməklə xarici internet informasiya resurslarına yerləşdirilməsini ehtiva
edən qanunazidd əməllərlə bağlı əməliyyat-texniki tədbirlər həyata keçirilmişdir.
Aparılmış
araşdırmalarla həmçinin, Azərbaycanda müxtəlif ünvanlarda olan videomüşahidə
kameralarının görüntülərinin real vaxt rejimində izlənilməsi imkanına malik
istifadəçi hesablarının satışa çıxarıldığı da
müəyyən
olunmuşdur.
Faktla əlaqədar DTX tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə
kibermüdaxilə hallarının zərərli nəticələrinin
aradan qaldırılması təmin edilmişdir.
Görülmüş
təxirəsalınmaz
tədbirlərlə kibermüdaxiləyə məruz qalmış müşahidə
kameralarının yerləşdiyi ünvanlar təsbit
edilmiş, bu cihazlara keçirilmiş texniki baxış
zamanı
ümumi təhlükəsizlik boşluğu aşkarlanmış
və həmin boşluğun kibermüdaxilənin əsas faktoru olduğu müəyyənləşdirilmişdir.
Eyni
zamanda, qeyd olunan təhlükəsizlik boşluğunun aradan qaldırılması aidiyyəti xarici istehsalçı şirkətdən tələb edilmiş, habelə kibermüdaxiləyə
məruz qalmış kameraların videogörüntülərinin xarici internet informasiya
ehtiyatlarından silinməsi təmin olunmuşdur.
Vətəndaşlara
informasiya-kommunikasiya vasitələri ilə bağlı müvafiq qaydalara ciddi riayət
etmələri, mənşəyi və texniki göstəriciləri məlum olmayan avadanlıqlardan
istifadə zamanı diqqətli olmaları tövsiyə edilir.