15:25
MDB dövlətlərinin təhlükəsizlik qurumlarının 57-ci iclası keçirilmişdir.
Oktyabrın 16-da Özbəkistan Respublikasının
Səmərqənd şəhərində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət
orqanları rəhbərləri Şurasının 57-ci iclası keçirilmişdir. Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli
Nağıyev tədbirdə iştirak etmişdir.
İclasın əsas mövzusu MDB regionunda beynəlxalq
terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin
qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa, informasiya təhlükəsizliyini təhdid
edən hallara, ekstremizmə və radikalizmə, eləcə də sadalananların doğurduğu
digər mənfi təzahürlərə qarşı səyləri birləşdirməklə birgə mübarizənin
aparılmasına həsr olunmuşdur.
Həmçinin, tədbirdə MDB dövlətlərinin
təhlükəsizliyinin etibarlı təmin edilməsi istiqamətində qarşıda duran plan və
vəzifələr barədə ətraflı müzakirələr aparılmışdır.