13:30
İşğaldan azad edilmiş ərazilərdə DTX-nin idarə və şöbələri fəaliyyətə başlayır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan
azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29
oktyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin
Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində
yerli şöbələri xidmətə başlamışdır.
Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq, DTX-nin Şuşa şəhər idarəsi təsis edilmiş və yaxın günlərdə onun fəaliyyəti təmin olunacaqdır.