Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatı

rehberlik
Rəsmi məlumat 07 Dekabr 2020

09:10

DTX yaralı qazilərə yardım vəsaitlərini ələ keçirəni saxladı

Vətən müharibəsində iştirak edərək yaralanmış hərbi qulluqçulara və ailələrinə yardım edilməsi məqsədilə onların təqdim etdikləri bank kartı hesablarından pul vəsaitlərinin ələ keçirilməsi barədə sosial şəbəkələrdə yayılmış və geniş ictimai qınağa səbəb olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılmışdır.

1992-ci il təvəllüdlü Rüstəmov Ramil Elxan oğlunun sosial şəbəkərlərdə yaralı hərbi qulluqçulara və ailələrinə yardım məqsədilə edilən paylaşımları axtarıb tapması, həmin  şəbəkələr üzərindən əlaqəyə girərək yazışmaqla onlara məxsus kartlara dair fərdi məlumatları öyrəndikdən sonra oradakı vəsaitləri ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

R.Rüstəmov qeyd olunan cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb edilmişdir.

Hazırda araşdırmalar davam edir. 

Digər xəbərlər