Decision of the Cabinet of Ministers of the Republic of Azerbaijan “on amendments to the List of types of technical means for obtaining confidential information during search operations”, approved by the Resolution of the Cabinet of Ministers of the Republic of Azerbaijan No. 139 – 6 from 15 August 2000.

NÜSXƏ № 1 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

 

QƏRAR

 

199-9

Bakı şəhəri,“24” may 2016 il

 

 

Azərbyacan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli

139-6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti prosesində

gizli qaydada informasiyanın alınması üçün nəzərdə tutulmuş texniki 

vasitələrin növlərinin Siyahısı”nda dəyişiklik edilməsi barədə

  

             “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbacyan Respublikasının 2016-cı il 1 fevral tarixli 121-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 26 fevral tarixli 1810 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

              Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiyanın alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısı”nın 11-ci hissəsinə “binalara (otaqlara),” sözlərindən sonra “yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə”  sözləri əlavə edilsin. 

    

Azərbaycan Respublikasının 

            Baş naziri                                                                                                      Artur Rasi-zadə