AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
QƏRAR № 139-6
“15” avqust 2000 il. Bakı
“Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli
qaydada informasiya alınamsı üçün nəzərdə tutulmuş
xüsusi texniki vasitələrin növlərinin siyahısı”-nın
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin “Əməliyyat axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə 1999-cu il 11 noyabr tarixli 206 nömrəli Fərmanın 1-ci bəndinin 7-ci abzasının icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin növlərinin siyahısı” təsdiq edilsin.
Azərbaycan Respublikasının
Baş naziri A.Rasi-zadə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin 2000-ci il “15” avqust
tarixli 139-6 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli
Qaydada informasiya alınması üçün nəzərdə
tutulmuş xususi texniki vasitətlərin növlərinin
SİYAHISI
1. Akustik məlumatların gizli alınması və qeydi üçün xüsusi texniki vasitələr;
2. Telefon danışıqlarına gizli qulaq asılması üçün xüsusi texniki vasitələr;
3. Texniki rabitə kanallarından informasiyanın gizli alınması və qeydi üçün xüsusi texniki vasitələr;
4. Poçt bildirişləri və göndərişlərinə gizli nəzarət üçün xüsusi texniki vasitələr;
5. Gizli qulaqasma qurğularını və məxfi məlumatların radiotexniki (o cümlədən mexaniki) sızma kanallarını aşkar etmək üçün xüsusi texniki vasitələr;
6. Şüalanma mənbələrinə istiqaməti və onların yerini təyin edən xüsusi texniki vasitələr;
7. Müxtəlif növ siqnalların texniki təhlil və təhqiqi üçün istifadə olunan xüsusi və digər texniki vasitələr;
8. Gizli radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapozonlu radioqəbuledici qurğular;
9. Gizli vüzual müşahidə və sənədləşdirmə üçün xüsusi texniki vasitələr;
10. Əşyaların və sənədlərin gizli tədqiqi (təhqiqi) üçün xüsusi texniki vasitələr;
11. Binalara (otaqlara), nəqliyyat vasitələrinə və digər obyektlərə daxil olunması və onların müayinəsi üçün xüsusi texniki vasitələr;
12. Müxtəlif tikinti konstruksiyalarında xüsusi məqsədli mikrafonları, videokameraları, foto və optik cihazları quraşdırmaq üçün istifadə olunan xüsusi texniki vasitələr;
13. Nəqliyyat vasitələrinin və digər obyektlərin yerdəyişməsinə gizli nəzarət üçün xüsusi texniki vasitələr;
14. İnformasiyanın saxlanılması, işlənilməsi və ötürülməsi üçün istifadə olunan texniki vasitələrdən informasiyanın çıxarılması (dəyişdirilməsi və məhv edilməsi) üçün xüsusi texniki vasitələr;
15. Şəxsiyyətin gizli eyniləşdirilməsi (identifikasiya) üçün xüsusi texniki vasitələr.