NÜSXƏ № 1
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 212-23
Bakı şəhəri, “15” sentyabr 2006 il
“Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya
alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin növlərinin
siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli
qərarına əlavə və dəyişikliklər edilməsi barədə
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin növlərinin siyahısı”na aşağıdakı əlavələr və dəyişikliklər edilsin;
- 3 –cü bənddə “rabitə kanallarından” sözlərindən sonra “və güc kabel xətlərindən” sözləri əlavə edilsin;
- 4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“Poçt, teleqraf və digər göndərişlərin yoxlanılması zamanı istifadə olunan proqram və xüsusi texniki vasitələr;
- 15-ci bənddə “üçün” sözündən sonra “proqram və” sözləri əlavə edilsin;
- 15-ci bənddən sonra aşağıdakı redaksiyada 16-cı bənd əlavə edilsin;
“16. Elektron rəqəmli şifrlənmiş məlumatların açılışı üçün proqram və xüsusi texniki vasitələr”.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri A.Rasi-zadə