NÜSXƏ № 1
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
QƏRAR
№199-9
Bakı şəhəri,“24” may 2016 il
Azərbyacan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli
139-6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti prosesində
gizli qaydada informasiyanın alınması üçün nəzərdə tutulmuş texniki
vasitələrin növlərinin Siyahısı”nda dəyişiklik edilməsi barədə
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbacyan Respublikasının 2016-cı il 1 fevral tarixli 121-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 26 fevral tarixli 1810 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiyanın alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısı”nın 11-ci hissəsinə “binalara (otaqlara),” sözlərindən sonra “yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə” sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə